RU

Zubirin qolu “Qarabağ”a 3 xal qazandırdı

Misli Premyer Liqasının növbəti turunda azarkeşlərin diqqət mərkəzində olan qarşılaşmalardan biri Bakıda baş tutub.

90deqiqe.Az-ın məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” “Turan Tovuz”u sınağa çəkib və meydanı minimal hesablı qələbə ilə tərk edib – 1:0.

Matçın taleyini 41-ci dəqiqədə Abdullah Zubirin dəqiq zərbəsi həll edib. Görüş boyu təşəbbüsü əlində saxlayan Ağdam klubu vacib üç xal qazanmağı bacarıb.

Bu nəticə ilə “Qarabağ” xallarının sayını 39-a yüksəldərək ikinci pillədə mövqeyini möhkəmləndirib. Bir oyunu ehtiyatda olan “Turan Tovuz” isə 30 xalla üçüncü sırada qərarlaşıb.

Turun əvvəlki oyunlarında “Neftçi” “Araz-Naxçıvan” üzərində 4:0 hesablı inamlı qələbə qazanıb. Bundan başqa, “Sumqayıt” “Karvan-Yevlax”ı, “Şamaxı” “Kəpəz”i, “Sabah” isə “Zirə”ni məğlub edib. “Qəbələ” – “İmişli” qarşılaşması isə 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Избранный
12
90deqiqe.az

1Источники