RU

Əmiləri tərəfindən baltalanan uşaqların vəziyyəti açıqlandı

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Teleqraf-a verdiyi məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.

"01.02.2026-cı il tarixində saat 17:00 radələrində xəsarət alması səbəbilə 2 nəfər (1-i qadın, 1-kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, hadisə zamanı 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı əmiləri tərəfindən öz evlərinin həyətində balta ilə xəsarət alıblar.

Избранный
40
publika.az

1Источники