RU

Əbu-Dabi görüşü təxirə salındı: Zelenskidən AÇIQLAMA

Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçiriləcək növbəti danışıqlar planlaşdırıldığı kimi bu gün deyil, fevralın 4-ü və 5-də baş tutacaq.

"Ölkə.az" bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin "Telegram" kanalı məlumat yayıb.

"Az öncə danışıqlar komandamızın məruzəsi oldu. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: fevralın 4-ü və 5-də Əbu-Dabidə", - deyə Zelenski bildirib.

O qeyd edib ki, Ukrayna konkret söhbətə hazırdır və nəticənin müharibənin real və layiqli sonuna yaxınlaşdırmasında maraqlıdır.

Xatırladaq ki, 23 və 24 yanvar tarixlərində Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların birinci raundu keçirilib.(oxu.az)

Избранный
12
olke.az

1Источники