RU

İlon Mask: Qlobal güc balansı dəyişir...

Milyarder iş adamı BVF-nin 2026-cı il üzrə dünya iqtisadi artımına töhfə statistikası fonunda Asiya-Sakit okean regionunun rolunun artdığını vurğulayıb...

Poliqon xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, milyarder iş adamı İlon Mask dünyada güc balansının dəyişdiyi barədə fikir bildirib. O, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) real qlobal ÜDM-in artımına ən çox töhfə verən ölkələrlə bağlı statistikasına münasibət bildirərkən qeyd edib.

Mask sosial şəbəkə X platformasında paylaşım edərək, qısa şəkildə “Güc balansı dəyişir” yazıb.

BVF-nin 2026-cı il üçün açıqladığı məlumatlara əsasən, real dünya ÜDM-in artımına ən böyük töhfəni Çin verir. Statistikaya görə, qlobal iqtisadi artımda ölkələrin payı belə göstərilir:

Çin – 26,6%
Hindistan – 17%
ABŞ – 9,9%
İndoneziya – 3,8%
Türkiyə – 2,2%

Məlumatda qeyd olunur ki, Maskın şərh etdiyi həmin paylaşımda Asiya-Sakit okean regionunun real qlobal ÜDM artımının təxminən yarısını təmin etdiyi vurğulanır. Bu da dünya iqtisadiyyatında mərkəzin getdikcə daha çox Asiya istiqamətinə yönəldiyini göstərən əsas göstəricilərdən biri kimi qiymətləndirilir.

Mütəxəssislər hesab edirlər ki, BVF-nin proqnozları fonunda Çin və Hindistanın artan payı, həm iqtisadi, həm də geosiyasi baxımdan qlobal rəqabətin yeni mərhələyə keçdiyini göstərir. ABŞ isə yüksək paya malik olsa da, artım tempində Asiya ölkələri ilə müqayisədə daha aşağı göstərici ilə yer alır.

Poliqon.info

Избранный
25
poliqon.info

1Источники