RU

Günəşdə ən yüksəksəviyyəli partlayış qeydə alındı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevralın 1-də Günəşdə X səviyyəli partlayış qeydə alınıb.Demokrat.az Oxu.az-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.Alışmanın pik həddi Bakı vaxtı ilə saat 16:33-ə təsadüf edib."Günəşdə ən yüksək sinifli partlayış baş verib. Ölçülən səviyyə X1.04-dür", - deyə məlumatda bildirilir.Alimlər yaxın vaxtlarda yeni iri hadisələrin baş vermə ehtimalının yüksək olduğunu bildiriblər.Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
demokrat.az

1Источники