RU

Kəngərlidə qəza olub, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov xəsarət alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
 
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
 
Избранный
19
17
moderator.az

10Источники