RU

Volfqanq İşinger: Almaniya Avropa ilə ABŞ arasında "körpü qurucusu" rolunu öz üzərinə götürə bilər

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger Avropanı NATO-nun nüvə silahlarından çəkindirmə sistemində daha fəal iştirak etməyə çağırıb.

İki sahil” yazır ki, o, bunu DPA agentliyinə bildirib və əlavə edib ki, Almaniya bu məsələdə xüsusi rol oynaya bilər.

İşinger vurğulayıb ki, Fransa və Böyük Britaniya hələ də əsasən ABŞ tərəfindən idarə olunan Şimali Atlantika Alyansının nüvə çətirinə əvvəlkindən daha böyük töhfə verə bilər: "Əgər buna bənzər bir şey baş verərsə, bu, ruslar, amerikalılar və çinlilər üçün Avropanın özünütəsdiq siqnalı olardı".

Onun fikrincə, Almaniya Avropa ilə ABŞ arasında "körpü qurucusu" rolunu öz üzərinə götürə bilər və bu cür mülahizələrin "Vaşinqtonda səhv başa düşülməməsini" təmin edə bilər: "Çünki amerikalılar deyə bilərlər ki, "onlar indi fransızlarla əməkdaşlıq edirlər, bu da o deməkdir ki, artıq nüvə silahlarımıza çəkindirici vasitə kimi ehtiyac duymurlar". Bundan qaçmaq lazımdır".

Ekspert qeyd edib ki, bu cür danışıqlar indi başlamalı və məxfi olmalıdır.

Избранный
12
1
ikisahil.az

2Источники