RU

İrəvanı gözləyən təhlükə: konkret ərazi göstərildi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Ermənistanın təhlükəsizliyinə heç bir ölkə zəmanət vermir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş birinci müavini Artak Zakaryan deyib.

Onun sözlərinə görə, hakimiyyətin bölgədə apardığı siyasət Ermənistanı maraqların toqquşduğu mərkəzə çevirib və dövlətçiliyə təhdidlər yaradıb.

“Bu gün Ermənistanın təhlükəsizliyinə nə ABŞ, nə Avropa, nə də Rusiya zəmanət verir. İran ətrafında vəziyyət gərgindir və mümkün qarşıdurmanın ikinci mərhələsi istisna edilmir.

Ermənistan öz təhlükəsizliyini xüsusilə şərq sərhədləri istiqamətində gücləndirməlidir. Dörd sərhədimizdən ikisi bağlıdır, biri isə təhlükə altındadır. Yalnız hazır olmaqla sülhü və təhlükəsizliyi qoruya bilərik”, – deyə Artak Zakaryan əlavə edib.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
globalinfo.az

1Источники