RU

A Seriyasının bir neçə klubunun “Qarabağ”dan kimə gözü düşüb?

“Qarabağ”ın müdafiəçisi Mateus Silvanın ölkəsi Braziliyaya qayıtmaq variantı hələ də gündəmdədir.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Braziliyanın A Seriyasında çıxış edən bir neçə klub 28 yaşlı sağ cinah oyunçusunun transferində maraqlıdır.

Bildirilib ki, həmin klublar Silvanın Çempionlar Liqasının Liqa mərhələsindəki oyunlarda sərgilədiyi performansı bəyəniblər.

Bu üzdən onlar təcrübəli oyunçunu diqqət mərkəzində saxlayırlar. Braziliyalılar Silvanın transferi üçün Azərbaycan çempionuna bəzi təkliflər göndərməyi planlaşdırırlar.

Mateus Silvanın “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Избранный
8
sportinfo.az

1Источники