ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lənkəranda Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan şəxs ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran şəhər ərazisində baş verib.
Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhər sakini 1988-ci il təvəllüdlü Mustafa Alı Muhammad Nasser Lənkəran şəhərində yaşadığı ünvanda ölüb.
Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
İlkin məlumata görə o yuxusuzluqdan əziyyət çəkirmiş və bunun üçün dərman qəbul edib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.