RU

Spotify da yeni funksiya

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Spotify" musiqi platforması yaxın zamanlarda yeni funksiyasını istifadəyə verib.

Axşam.az xəbər verir ki, tətbiqin istifadəçiləri artıq maksimum 10 nəfərlik qruplar yarada biləcəklər. Qruplarda podkastlar, pleylistlər, audiokitablar paylaşmaq, həmçinin mesajlaşmaq mümkün olacaq.

Qrup çatına yalnız daha əvvəl "Spotify"ın digər funksiyaları vasitəsilə qarşılıqlı əlaqədə olmuş istifadəçiləri əlavə etmək mümkündür.

Qrup söhbətinə başlamaq üçün tətbiqdə “Mesajlar” bölməsinə daxil olub ekranın yuxarı hissəsində “Qrup yarat” seçimini etmək lazımdır.

Funksiya həm premium abunəçilər, həm də tətbiqdən pulsuz istifadə edənlər üçün əlçatandır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
axsam.az

1Источники