Antalya-İsparta (Türkiyə) yolunda iki avtomobil toqquşub.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, qəzada 7 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə Təcili Tibbi Yardım Xidməti, yanğınsöndürmə briqadası və jandarma qrupları göndərilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Ədliyyə naziri Yılmaz Tunç qəza ilə bağlı araşdırma başlandığını açıqlayıb: "Burdurda baş verən və 7 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Burdur Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb və 2 Respublika Prokuroru təyin edilib”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”