Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın məlumatına görə, qəza Qax–Zaqatala avtomobil yolunun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mitsubishi” və “Nissan” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “Mitsubishi” avtomobilində olan sərnişin — 1961-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Rafiq Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli