RU

Məşhur "Kardaşev şkalası" reallaşır? - "SpaceX" orbitə 1 milyon peyk buraxacaq

"Bloomberg" saytı "SpaceX"in növbəti nəhəng planı haqqında diqqət çəkən məqalə dərc edib.

Azreform.info xəbər verir ki, "SpaceX" kosmik data mərkəzlərinin yaradılması üzrə genişmiqyaslı layihəni həyata keçirmək üçün Yerin orbitinə 1 milyona qədər peyk buraxmağı planlaşdırır. Şirkət bu planı reallaşdırmaq üçün aidiyyəti yerlərə müraciət edib.

ABŞ Federal Rabitə Komissiyasına təqdim edilən ərizəyə əsasən, yeni orbital şəbəkə süni intellektin inkişafı ilə bağlı məlumatları emal etmək və saxlamaq üçün nəzərdə tutulub. "SpaceX" belə hesab edir ki, layihə süni intellekt texnologiyalarının inkişafı ilə bağlı hesablama gücünə olan sürətlə artan tələbatı ödəmək üçün olduqca zəruridir.

Şirkət həmçinin bəyan edib ki, bu cür sistemlərin yaradılması "Kardaşev şkalası" (Sivilizasiyanın texnoloji inkişafını müəyyələnləşdirən şkala. Şkala enerji istifadə miqdarına əsaslanmış 3 kateqoriyaya bölünür-Red.) miqyasında ikinci səviyyəli sivilizasiyaya, yəni Günəşin bütün enerjisindən istifadə etmək qabiliyyətinə doğru bir addım olacaq.

Peyklərin təkrar istifadə edilə bilən "Starship" raketi vasitəsilə orbitə çıxarılması planlaşdırılır.(publika)

Избранный
3
3
azreform.info

4Источники