RU

Bu gün “Rəfah” sərhəd keçid məntəqəsi açılır

Fevralın 1-i bazar günü Qəzza zolağı ilə Misir arasındakı “Rəfah” sərhəd-keçid məntəqəsi sınaq rejimində açılacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu keçid təxminən bir ildən sonra ilk dəfədir, açılır.

Sərhəd keçidinin sabah, fevralın 2-də fəaliyyətə başlaması planlaşdırılır.

İlkin hesablamalara görə, gündə təxminən 150 nəfərin Qəzzadan keçidinin və təxminən 50 nəfərin Qəzzaya qayıtmasının təmin edilməsi planlaşdırılır.

Sakinlər 2025-ci ilin yanvarında qüvvədə olan mexanizmə bənzər olaraq, İsraildən təhlükəsizliklə bağlı əvvəlcədən razılıq aldıqdan sonra və Avropa İttifaqı missiyasının nəzarəti altında Misirlə razılaşaraq “Rəfah” keçidinə girib çıxa biləcəklər.

 “Cebheinfo.az”

Избранный
11
4
cebheinfo.az

7Источники