RU

Türkiyədə növbəti ağır yol qəzası: 6 nəfər öldü

BAKI, 1 fevral. TELEQRAF

Türkiyənin Antalya vilayətində daha bir ağır yol qəzası baş verib.

Teleqraf Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11:00-da Antalya-İsparta avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər həlak olub, daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
11
2
teleqraf.com

3Источники