Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 2-də Azərbaycanın avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.