RU

İran parlamentindən Aİ ölkələrini silkələyən qərar

İran parlamenti Avropa İttifaqı ölkələrinin silahlı qüvvələrini terrorçu qruplaşmalar kimi tanıyıb.Metbuat.az xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.
    Qərar Avropa İttifaqının İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsinə cavab olaraq qəbul edilib.İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, Brüsselin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına cavab olaraq Avropa ölkələrinin silahlı qüvvələri də terrorçu qruplaşmalar hesab edilir. Parlament sədri əlavə edib ki, “bu addımların nəticələrinə görə məsuliyyət Avropa İttifaqının üzərinə düşəcək”.

    Qeyd edək ki, Avropa İttifaqı Xarici İşlər Şurası yanvarın 29-da İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb və Korpusu etirazçılara qarşı qəddarlıqda ittiham edib.

    Избранный
    10
    15
    metbuat.az

    10Источники