RU

Antalyada sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb – YENİLƏNİB

İstanbul, 1 fevral, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Antalya vilayətində baş verən qəzada 8 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı bu barədə bölgəyə baxış keçirən Antalya valisi Hulusi Şahin açıqlama verib.

O bildirib ki, dünən axşam saatlarında Tekirdağdan yola çıxan sərnişin avtobusu bu gün yerli vaxtla saat 10:20 radələrində Antalyanın Döşemealtı rayonundakı Kömürlər yol ayrıcındakı döngədən uçuruma aşıb.

“Qəza nəticəsində təəssüf ki, 8 vətəndaşımız həyatını itirib, 26 yaralımız var. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Yaralılar tibb müəssisələrinə çatdırılıblar”, - deyə Şahin qeyd edib.

Qəza yerində xilasedici qrupların işləri davam edir.

13:01

Türkiyənin Tekirdağ vilayətindən Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

AZƏRTAC xəbər verir ki, hadisənin Antalya ərazisində baş verdiyi bildirilir.

İlkin məlumata görə, avtobusda 36 sərnişin olub. Ölən və yaralananlar var.

Избранный
25
1
azertag.az

2Источники