RU

Bir gündə Günəşdə 3 PARTLAYIŞ

Fevralın 1-də səhər Günəşdə sonuncu güc sinfinə aid üç partlayış qeydə alınıb.

“Cebheinfo.az” xəbər verir ki, birinci partlatış 20 dəqiqə, ikinci və üçüncüsü isə 27 dəqiqə davam edib.

Daha əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş Yer Fizikası İnstitutu Günəşdə böyük bir aktiv bölgənin əmələ gəldiyini və onun sahəsi böyüməyə davam edərsə, 24 saat ərzində yüksək səviyyəli X sinifli partlayışın mümkün olduğunu bildirmişdilər.

Günəş partlaıyşları rentgen şüalanma gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Minimum sinif olan A0.0 Yer orbitində kvadrat metrə 10 nanovatt radiasiya gücünə uyğundur. Sinif artdıqca, güc on dəfə artır. Partlayış Günəş plazmasının püskürməsi ilə müşayiət oluna bilər ki, bu dalğalar Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.

Избранный
2
2
cebheinfo.az

3Источники