RU

TƏCİLİ! İranda həyəcan siqnalları işə düşdü — Şəhər PANİKADA

İranın şimal-şərqində yerləşən Bojnurd şəhərində şənbə günü axşam saatlarında güclü həyəcan siqnalı səsləndirilib.

NOCOMMENT.az xəbər verir ki, şəhərin demək olar ki, bütün ərazisində eşidilən sirena sakinlər arasında ciddi təşviş yaradıb.

Məlumata görə, xəbərdarlıq siqnalı fasiləsiz şəkildə səslənib və qısa müddətdə şəhər boyu yayılıb. Bir çox sakinlər baş verənləri mümkün hərbi təhlükə və ya fövqəladə vəziyyət kimi qiymətləndirərək küçələrə çıxıb, sosial şəbəkələrdə isə panik xarakterli paylaşımlar artıb.

Sonradan açıqlanıb ki, İran hakimiyyəti Bojnurdda mülki müdafiə məqsədilə nəzərdə tutulan erkən xəbərdarlıq və əhalinin məlumatlandırılması sistemini sınaqdan keçirib. Bildirilib ki, sirena real təhlükə ilə bağlı olmayıb və texniki yoxlama xarakteri daşıyıb.

Buna baxmayaraq, əvvəlcədən rəsmi xəbərdarlığın edilməməsi ictimai narazılığa səbəb olub. Yerli sakinlər bildiriblər ki, son dövrlər ölkə və region ətrafında artan hərbi-siyasi gərginlik fonunda belə sınaqlar əlavə psixoloji təzyiq yaradır.

Hadisə ilə bağlı əlavə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Sara

Избранный
15
nocomment.az

1Источники