RU

"Yuventus" azarkeşlərin döydüyü futbolçunu transfer edir - ARTIQ TURİNDƏDİR

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Apasport.az xəbər verir ki, klub Jeremi Boqa transferini yekunlaşdırmaq üzrədir.

Bu barədə insayder Fabiritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, "Nitsa"nın hücumameylli yarımmüdafiəçisi karyerasını A Seriyası nəhəngində davam etdirəcək.

29 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün artıq Turinə gəlib. "Yuventus" Boqanı 5 milyon avroya transfer etmək hüququ ilə icarəyə götürəcək.

Qeyd edək ki, 1 dekabrda "Nitsa" azarkeşlərinin ardıcıl altıncı məğlubiyyətindən sonra oyunçulara hücum etdiyi bildirilib. Fanatlar Boqanı və Terem Moffini döyüb, onların hər ikisinin artıq klubda oynamayacağını elan ediblər.

"Aston Villa"dan "Kristal Palas"a - Rəsmi

Lukman addım-addım “Fənərbaxça”ya - RAZILAŞMA ƏLDƏ OLUNUB

“Ayntraxt”ın yeni baş məşqçisi bəlli olub

Super Liqa klubunun avtobusuna HÜCUM EDİLİB

İspaniya millisinin üzvü daha 5 il “Barselona”da - RƏSMİ

Избранный
27
apasport.az

1Источники