Bakı. Trend:
Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 31 maytarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi TibbFakültəsinə, Bakı və Naxçıvan Hərbi Kolleclərinə, Heydər Əliyevadına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərinə elektron sənədqəbulu elan edir.
Universitetdən Trend-ə bildirilib ki, Azərbaycan Respublikasınınvətəndaşları istənilən bölgədən mmu.edu.az saytının "Təhsilmüəssisələrinə qəbul" bölməsindən müraciət etməklə seçdiyi təhsilmüəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiqportaldakı "Sənədlər" hissəsindən proseslə bağlı məlumatları əldəedə bilər (qadın cinsli vətəndaşların qəbulu yalnız Heydər Əliyevadına Hərbi İnstituta, Azərbaycan Tibb Universitetinin Hərbi TibbFakültəsinin "Hərbi həkim" və "Hərbi feldşer işi" ixtisaslarınanəzərdə tutulmuşdur).
Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə,Bakı və Naxçıvan Hərbi Kolleclərinə müraciət edənlər üçün tibbimüayinələrin keçirilməsi 01 aprel - 30 iyun, Hərbi Liseylərəmüraciət edən vətəndaşlar üçün 01 may - 30 iyun, seçimlərinaparılması isə 01 iyul - 31 avqust tarixlərində nəzərdətutulur.
Qadın cinsli namizədlərin qəbulu Müdafiə Nazirliyinin müəyyənolunmuş kadr tələbatına və ixtisaslar üzrə plan yerlərinə uyğunolaraq həyata keçirilir.
Vətəndaşları maraqlandıran suallarla bağlı Milli MüdafiəUniversitetinin çağrı mərkəzi - *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanıfəaliyyət göstərir.