RU

Fənərbaxça bu gün yeni hücumçu ilə müqavilə bağlayacaq

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Anje"nin hücumçusu Sidiki Şerif "Fənərbaxça"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə insayder fabrisio Romano məlumat yayıb.

Fransalı forvard rəsmi müqaviləyə imza atmaq üçün dünən artıq İstanbula gəlib.

Mənbənin sözlərinə görə, İstanbul klubu Sidikinin icarəsi üçün qarşı tərəfə 4 milyon avro ödəyəcək. Müqavilədə həmçinin 18 milyon avro satınalma bəndi və 3 milyon avro da bonus nəzərdə tutulub.

Qeyd edək ki, Sidiki Şerif "Anje"nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisində 20 rəsmi matçda 4 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
65
sport24.az

1Источники