Misli Premyer Liqasında turnir cədvəlinin lideri “Sabah” iki aparıcı futbolçusunun yoxluğundan əziyyət çəkir.
Bunlar komandanın kapitanı Pavol Şafranko və Coy Lens Mikelsdir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, artıq hər iki futbolçu yaşıl meydanlara qayıtmaq üzrədir.
Məşqdə zədə alan Mikels oynamağa hazırdır. Almaniyalı növbəti matça qədər komanda ilə məşqləri bərpa edəcək. Onun “Qəbələ” ilə kubok oyununda meydana çıxması gözlənilmir.
Lakin hücumçu ölkə çempionatının “Araz-Naxçıvan”la matçına qədər hazır olsa, Dambrauskas forvardın xidmətindən istifadə edəcək.
Oktyabrda zədələnən və mövsümün böyük hissəsini buraxan Şafranko isə mart ayında “Sabah”ın sıralarına dönəcək. O, yazın əvvəlindən məşqləri bərpa edəcək və təxminən aprel ayının sonlarına doğru meydana çıxa biləcək.
Qeyd edək ki, Şafranko çarpaz bağlarının yırtılmasından əziyyət çəkir.
Rəşad Sadıqov: “Futbolçularımın çıxışından razı qaldım”
Dambrauskas: “Avropada Azərbaycan adı çəkiləndə ilk "Qarabağ" yada düşür”
“Qarabağ” ilk transferini reallaşdırdı - EKSKLÜZİV
"Sabah" “Zirə” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
Millimizin üzvü "Partizan"da - RƏSMİ