RU

Fiziyev Ruffiyə məğlubiyyətdən sonra danışdı - VİDEO

Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində Maurisio Ruffiyə uduzan azərbaycanlı döyüşçü Rafael Fiziyev qarşılaşmadan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Fiziyev döyüşün onun üçün olduqca ağır keçdiyini etiraf edib, lakin təslim olmayacağını vurğulayıb.

“Nə deyim, deməyə elə də söz yoxdur. Sərt şəkildə gündəm oldum (hayp yarandı), texniki nokaut idi, konkret başımdan zərbələr aldım. Nə edək, mən cəsarətimin çatdığı həyatı yaşayıram. Hər kəsin bizim yaşadığımız həyata cəsarəti çatmır. Mən döyüşçüyəm, qayıdacağam, daha çox çalışacağam, inkişaf edəcəyəm və irəli getməyə çalışacağam. Qələbələrlə sevindirməyə çalışacağam. Dəstəyə görə hamınıza təşəkkür edirəm. Bu dəfə alınmadı, amma hələ alınacaq”, - deyə Fiziyev bildirib.

Xatırladaq ki, Rafael Fiziyev UFC 325 turniri çərçivəsində keçirilən döyüşdə Maurisio Ruffiyə ikinci raundda texniki nokautla məğlub olub.

İdman.Biz
Избранный
22
2
idman.biz

3Источники