Ermənistanın Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsi bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyanın məhkəməyəqədər həbs müddətini daha iki ay uzadıb.
Gevorq Nersisyan və oğlu Hambardzum Nersisyan daha çox Ejmiatsin kimi tanınan Vaqarşapat şəhərində xuliqanlıqda və seçki kampaniyasına mane olmaqda ittiham olunurlar.