RU

“SpaceX” süni intellekt məlumat mərkəzi şəbəkəsi üçün 1 milyon peyk buraxmaq istəyir

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Amerikanın "SpaceX" şirkəti süni intellekt (Sİ) üçün məlumat mərkəzlərini yerləşdirmək məqsədilə Yer kürəsinin aşağı orbitinə bir milyon peyk buraxmaq üçün Federal Rabitə Komissiyasından icazə istəyib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Milyarder İlon Maskın rəhbərlik etdiyi şirkət peyklərin orbital məlumat mərkəzləri kimi fəaliyyət göstərəcəyini və Günəş enerjisi ilə işləyəcəyini nəzərdə tutur. "SpaceX" bunun "Sİ-nin yaratdığı məlumat tələbatının partlayıcı artımını" qarşılamağa kömək edəcəyini təxmin edir.

Şirkət həmçinin belə şəbəkənin yaradılmasını "Kardaşev II Tip sivilizasiyasına (II Tip sivilizasiya planetar sistemin mərkəzi ulduzunun bütün enerjisindən istifadə edir - red.) çevrilmək üçün ilk addım" adlandırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
azpolitika.info

2Источники