"Real"ın müdafiəçisi Antonio Rüdiger hələ ki yeni mövsümə hansı komandada başlayacağına qərar verməyib.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçiyə “Əl-İttihad”dan təklif gəlib.
Səudiyyə Ərəbistanı təmsilçisi alman futbolçu üçün rəsmi təklif irəli sürüb.
“Real”la müqaviləsi mövsümün sonunda başa çatacaq Rüdiger isə həm hazırkı klubundan, həm də “Əl-İttihad”dan qərar verməsi üçün vaxt istəyib.
“Ştuttqart”, “Roma”, “Çelsi” klublarında oynamış Antonio 2022-ci ildən İspaniya nəhənginin formasını geyinir.
saytlarin hazirlanmasi