Çempionlar Liqasında pley-off mərhələsinin püşkatmasından sonra "Football Meets Data" analitika saytı klubların turnirdəki şanslarını araşdırıb.

Offsideplus.az xəbər verir ki, "Nyukasl" ilə üz-üzə gələcək "Qarabağ"ın mərhələni keçmək imkanı 10% olaraq qiymətləndirilib. Qurban Qurbanovun komandası 1% şans ilə 1/8 finalı geridə qoyub, 1/4 finala çıxa bilər. Ümumilikdə Ağdam təmsilçisinin şansı 24 komanda arasında ən azdır. 

"Arsenal"ın 27% göstərici ilə ÇL-nin qalibi olacağı proqnoz edilib. Finalistlərdən birinin "Bayern" (Münhen) olacağı təxmin olunur. "Liverpul", "Mançester Siti", PSJ və "Barselona" hərəyə 8% şans ilə Çempionlar Liqasında çempion ola bilər. "Qarabağ"da isə bu göstərici 0,1%-dən daha aşağı göstərilib.