RU

Demokratlar yeni “şatdaun” istəmir -Tramp

ABŞ Prezidenti Donald Trampın fikrincə, Demokratik Partiya yeni hökumət bağlanmasına (şatdaun) yol vermək istəmir, çünki bu, onların imicinə mənfi təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə "Fox News"un jurnalisti Ceki Haynrixə müsahibəsində danışıb.

“Düşünürəm ki, hər şey qaydasındadır. Bizdə böyük ÜDM artımı oldu, amma əvvəlki şatdauna görə təxminən bir yarım bənd itirdim. Görək bundan sonra nə olacaq. Hesab edirəm ki, demokratlar bunun baş verməsini istəmirlər, çünki bu, onları pis vəziyyətdə göstərir və eyni zamanda ölkə üçün də zərərlidir. Ümid edirəm ki, kifayət qədər insan sağlam düşüncə ilə qərar verəcək”, – deyə Haynrix ABŞ prezidentinin sözlərini "X" platformasında paylaşıb.

Xədicə BAXIŞLI

Избранный
14
redaktor.az

1Источники