RU

Bu şəkildə yatmaq korluq riskini artırır

Çin Zhejiang Universiteti tədqiqatçıları bildiriblər ki, gecə yatarkən bəzi yastıq istifadəsi göz içi təzyiqini artırır və optik sinirə zərər verərək görmə itkisi riskini yüksəldir. 

“Yeni Sabah” xəbər verir ki, bu nəticə klinik sınaqlarla aşkar edilib.

Tədqiqatın nəticələri göstərib ki, 144 qlaukoma xəstəsi üzərində aparılan sınaqda yastıqlı yatma, göz daxili təzyiqini yastıqsız yatmağa nisbətən əhəmiyyətli dərəcədə artırır. Başın 20–35 dərəcə yüksəldilməsi göz mayesinin axınını pozaraq optik sinirlərdə geri dönməyən zədələrə səbəb ola bilər. Bu təsir xüsusilə gənc xəstələrdə və damar tıxanıqlığından yaranan qlaukoma növlərində daha kəskin olur.

Sağlam könüllülərlə aparılan testlər də göstərib ki, yastığın boynun altında qalması damar boşluğunu daraldır və başdan qan çıxmasını çətinləşdirərək maye yığılmasına səbəb olur. Yastıqsız yatmaq isə bu sıxılmanı azaldır və gözü qidalandıran damarlar vasitəsilə qan axınını yaxşılaşdırır.

Tədqiqatçılar qeyd ediblər ki, yastıqsız yatmaq yalnız göz içi təzyiqini aşağı salmır, həm də müvafiq damarlar vasitəsilə oksigen və qida maddələrinin ötürülməsini yaxşılaşdırır. Nəticələr geniş əhali üzərində təsdiqini tapmasa da, bu mövqe qlaukoma xəstələri üçün dərmansız dəstək ola bilər. 

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
7
yenisabah.az

1Источники