RU

Sergey Lavrov Türkiyədə yaşayan məşhur azərbaycanlı jurnalistə müsahibə verib -ABŞ, UKRAYNA, SURİYA, İRAN və AZƏRBAYCANLA BAĞLI NƏLƏR DEYİB?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına geniş müsahibə verib.

 

Senzor.az xatırladır ki, S.Lavrovdan Türkiyə mediası üçün ilk üzbəüz müsahibəni qardaş ölkədə yaşayan tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyeva alıb. 

 

Lavrov jurnalistin Ukrayna müharibəsi, Türkiyə-Rusiya, ABŞ-Rusiya, ABŞ-İsrail-İran münasibətlərinə və digər mövzulara dair suallarını cavablandırıb.   

Lavrov müsahibədə Azərbaycanla bağlı məqama da toxunub. Rusiyalı nazir qeyd edib ki, Azərbaycan "3+3" formatının əsas liderlərindən biridir: "Cənubi Qafqaz regionu Türkiyə ilə Rusiyanın ortaq qonşusudur. Türkiyə Azərbaycanla birlikdə “3+3” formatının əsas liderlərindən biridir. Nazirlər səviyyəsində artıq iki toplantı reallaşıb. İndi nazirlər səviyyəsində növbəti - üçüncü görüş hazırlanır. Gürcü qonşularımız bu formatda iştirakdan çəkinirlər. Amma onlara qapıların açıq olduğunu həmişə bildiririk. Həmkarım Hakan Fidan üçüncü nazirlər toplantısını aktiv şəkildə dəstəkləyir. Hazırda toplantını yeri müəyyənləşdirilir".

 

Qeyd edək ki, Sevil Nuriyeva uzun müddət Azərbaycanda ANS telekanalının aparıcısı olub. Daha sonra Türkiyəyə köçüb, "Star" qəzetində işləyib, digər media quruluşları ilə əməkdaşlıq edib. O, hazırda jurnalist fəaliyyətini "Türkiye" qəzetinin yazarı kimi davam etdirir.

 

Onun S.Lavrovla müsahibəsi təkcə Rusiyada və Türkiyədə deyil, demək olar ki, bütün dünyada böyük maraqla qarşılanıb.

 

Senzor.az həm bunu, həm də söhbət zamanı toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni öz oxucularına təqdim edir:  


Избранный
3
1
senzor.az

2Источники