RU

Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA

Mədə-bağırsaq sistemi ilə bağlı narahatlıqlar insanların gündəlik həyatında tez-tez rast gəlinən problemlər sırasındadır. Qarın ağrısı, köp, ürəkbulanma, ishal və ya qəbizlik çox vaxt ciddi qəbul edilməsə də, bəzi hallarda bu əlamətlər təhlükəli xəstəliklərin xəbərçisi ola bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, mədə-bağırsaq problemləri uzun müddət davam etdikdə və ya getdikcə şiddətləndikdə diqqətdən kənarda qalmamalıdır. Xüsusilə qarın nahiyəsində güclü və keçməyən ağrılar, qəfil çəki itkisi, qanlı nəcis, davamlı qusma, yüksək hərarət və iştahsızlıq ciddi risk əlamətləri hesab olunur. Bu cür simptomlar mədə xorası, bağırsaq iltihabı, daxili qanaxma və ya onkoloji xəstəliklər kimi ağır problemlərə işarə edə bilər.

Həkimlər bildirirlər ki, mədə-bağırsaq pozuntuları bəzən stress, qeyri-sağlam qidalanma və həyat tərzi ilə bağlı olsa da, simptomların laqeyd yanaşılması təhlükəli nəticələrə yol aça bilər. Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslər risk qrupuna daxildir.

Mütəxəssislər tövsiyə edir ki, sadə həzm problemləri belə uzun müddət davam edərsə, özünü müalicədən qaçınılmalı və mütləq həkimə müraciət edilməlidir. Erkən diaqnoz həm ağırlaşmaların qarşısını almaq, həm də müalicənin effektivliyini artırmaq baxımından mühüm rol oynayır. 

Asya
Milli.Az 

Избранный
34
milli.az

1Источники