RU

Qvardiola: "Hakimiyyətdəki insanlar bizim susmağımızı istəyirlər"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Qəzza zolağının bombalanması haqda danışıb.

Publika.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Fələstini dəstəkləyən mitinqdə iştirak edib və münaqişədən zərər çəkən uşaqlar haqqında danışıb:

“Biz onları tək qoyduq, tərk etdik. Hökumət qorxaqdır, onlar günahsız insanları öldürmək üçün günahsız insanları göndərirlər.

Hakimiyyətdəki insanlar bizim susmağımızı istəyirlər. Onlar bizim heç nə etməməyimizi istəyirlər. Və biz bununla mübarizə aparmalıyıq, mövqeyimizi göstərməliyik”, – deyə Qvardiola bildirib.

Избранный
4
publika.az

1Источники