RU

"İnter" fransalı futbolçunu transfer etməyəcək

Bakı. Trend:

Mussa Diabi mövsümün sonunadək “Əl-İttihad”da qalacaq.

Trend xəbər verir ki, 26yaşlı yarımmüdafiəçi ilə “İnter” maraqlanırdı. Milan klubufutbolçunu 28 milyon avro məcburi satınalma şərti ilə icarəyəgötürməyi təklif edib, lakin Səudiyyə Ərəbistanı təmsilçisi butəklifi rədd edərək 40 milyon avro tələb edib. Tərəflər kompromisəgələ bilməyiblər.

Qeyd edək ki, cari mövsümdə Diabi Səudiyyə Ərəbistanıçempionatında 16 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürməedib.

Избранный
16
az.trend.az

1Источники