Bakı. Trend:
"Atalanta"nın futbolçusu Ademola Lukman “Atletiko”ya keçəcək.Əvvəlcə məlum olmuşdu ki, klublar 28 yaşlı hücumçunun transferiüzrə razılığa gəlib. Adı Fənərbaxça" ilə də hallanan futbolçu özüdə keçidə razılıq verib.
Trend "Sky Sport"aistinadən xəbər verir ki, transferin məbləği 36 milyon avro olacaq,həmçinin 4 milyon avro həcmində bonus ödənişləri də nəzərdətutulub.
Qeyd edək ki, cari A Seriyası mövsümündə nigeriyalı futbolçu 12oyun keçirib və 2 qol vurub.