RU

“Arsenal” “Lids Yunayted”i darmadağın edərək liderliyini möhkəmləndirib VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İngiltərə Premyer Liqasının 24-cü turunun “Lids Yunayted” və “Arsenal” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, London komandası oyunu 4:0 hesabı ilə qazanıb. Oyun Lidsdəki “Elland Roud” stadionunda baş tutub.

Martin Subimendi 27-ci dəqiqədə hesabı açaraq qonaqları irəli çıxarıb. Karl Darlou 38-ci dəqiqədə öz qapısına qol vuraraq komandanın üstünlüyünü ikiqat artırıb. Viktor Gyökereş 69-cu dəqiqədə londonluların üçüncü qolunu vurub. Qabriel Jezus isə 86-cı dəqiqədə son nəticəni müəyyən edib.

Bu oyundan sonra “Lids Yunayted” 26 xalla Premyer Liqa turnir cədvəlində 16-cı yerdədir, “Arsenal” isə 53 xalla İngiltərə çempionatına liderlik edir.

İngiltərə Premyer Liqasında bu gün baş tutan digər oyunlarda “Brayton”la “Everton” heç-heçə oynayıb – 1:1, “Bornmut” isə səfərdə “Vulverhemton”a qalib gəlib – 2:0.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
2
icma.az

4Источники