RU

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Bakı. Trend:

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəngedib.

Trend xəbərverir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərindostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığıvə xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu birdaha qeyd edilib.

Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycanasəfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəlidanışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfliəlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Arazçayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobilkörpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığıvurğulanıb.

Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıqdoğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradanqaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizinbu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu iləhəllinin tərəfdarı olduğunu vurğulayıb.

Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevətəşəkkürünü bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıqəlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlarbarəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsibarədə razılıq əldə olunub.

Избранный
49
34
az.trend.az

10Источники