RU

Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

İsveçli alimlər apardıqları araşdırma nəticəsində kişilərin daha az yaşamasına təsir edən amillərdən birini müəyyən ediblər.

Moderator.az xəbər verir ki, bu amilin Y-xromosomunun mövcudluğu və ya olmaması olduğu üzə çıxıb.

Alimlərin genişmiqyaslı tədqiqatında təxminən 1600 pensiya yaşlı kişi iştirak edib. Məlum olub ki, Y-xromosomu olmayan kişilər, bu xromosomu olan kişilərlə müqayisədə daha qısa ömür sürürlər.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, yaş artdıqca orqanizmdəki hüceyrələrin bir hissəsi Y-xromosomunu itirir. Belə hüceyrələrin sayı müəyyən həddi aşdıqda, kişi daha erkən vəfat edir.

Bundan əlavə, Y-xromosomunun olmaması sağalmaz xəstəliklərə tutulma riskinin artması ilə əlaqəlidir.

Beləliklə, alimlər bununla Avropada qadınların kişilərdən təxminən 7,5 il daha uzun yaşamasının səbəbini müəyyən ediblər.

 

(bizimmedia)

Избранный
55
3
moderator.az

10Источники