RU

Azərbaycanda asfalt istehsalı 2025-ci ildə 30%-dən çox artıb

2025-ci ildə Azərbaycanda 209 min ton asfalt istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 30,4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.


Rəsmi statistikaya əsasən, təkcə 2025-ci ilin dekabr ayında ölkədə 38,6 min ton asfalt istehsal olunub. Bu göstərici bir il əvvəllə müqayisədə 24% azalıb.


Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 141,8 min ton asfalt istehsal edilmişdi ki, bu da 2023-cü illə müqayisədə 15,4% azalma demək idi.

Избранный
5
8
anews.az

9Источники