RU

Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi (FOTO)

Bakı. Trend:

2026-cı il yanvarın 31-də “Baku Marriott Hotel Boulevard”mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK)üzvlərinin növbəti konfransı keçirilib.

Trend xəbər verir ki,konfransda VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt vərespublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkilqurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyətgöstərən vəkillər olmaqla ümumilikdə 245 vəkil, habelə KİVnümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin və VəkilMarşının səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqilAzərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə dəölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrundacanlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutlayad edilib.

Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov tədbiringündəliyini iştirakçıların diqqətinə çatdırıb, Kollegiyanın sonillər ərzindəki fəaliyyətinə geniş şəkildə nəzər salıb, ölkəmizdəvəkillik institutunun keçdiyi tarixi inkişaf yolunu təhlil edib.Sədr qeyd edib ki, ötən dövrlər ərzində vəkillik institutunungücləndirilməsi, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi vəvətəndaşlar üçün əlçatanlığın təmin olunması istiqamətində ardıcılvə sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlərnəticəsində vəkillərin sayında əhəmiyyətli artım baş verib, onlarınpeşəkar hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris vəixtisasartırma mexanizmləri formalaşdırılıb və müasir tələblərəuyğun olaraq təkmilləşdirilib. Eyni zamanda vəkillərinfəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarınaəməl olunmasının gücləndirilməsi və institusional idarəetməninmodernləşdirilməsi sahəsində mühüm addımlar atıldığıvurğulanıb.

Həmçinin Anar Bağırov çıxışında Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin 19 noyabr 2025-ci il tarixliFərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunaedilmiş mütərəqqi və sistemli dəyişikliklərə də toxunub. Sədrbildirib ki, bu yeniliklər vəkillik institutunun institusionalbaxımdan daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin dahasəmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmətgöstərir.

Daha sonra konfransda Kollegiyanın 2025-ci il ərzində həyatakeçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat filmi nümayişolunub.

Gündəliyə uyğun olaraq konfrans çərçivəsində HesablamaKomissiyasının tərkibi müəyyən edilib. Bununla yanaşı, KollegiyanınNizamnaməsinə, Vəkillərin İntizam və İxtisas KomissiyalarınınƏsasnamələrinə, eləcə də “Vəkillərin etik davranış qaydalarıhaqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməsi ilə bağlıməsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.

Bundan başqa, tədbirdə VK-nın maliyyə-təsərrüfat fəaliyyəti üzrəhesabatı və növbəti dövr üçün büdcəsi, “Üzvlük haqqının ödənilməsiqaydası”, “Monitorinqin aparılması qaydası”, “Vəkil orderinin vəorder markasının forması, hazırlanması və istifadə qaydası”, habelə“Vəkil qurumlarının yaradılması qaydası” təsdiqlənib, habeləvəkillərin il ərzində iştirak etməli olduğu icbari tədristədbirlərinin minimal saat sayı müəyyən olunub.

Konfransda Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlıəhəmiyyət kəsb edən digər məsələlər də gündəliyə çıxarılıb. Buməsələlər ətrafında geniş müzakirələr aparılıb, iştirakçılartərəfindən müxtəlif təkliflər səsləndirilib, eləcə də ünvanlanansuallar ətraflı şəkildə cavablandırılıb.

Vəkillər
Vəkillər
Vəkillər
Vəkillər
Избранный
29
23
az.trend.az

10Источники