RU

Rusiya Xersona zərbələr endirdi - Ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətinə endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr yaşayış məntəqələri də daxil olmaqla kritik və sosial infrastruktura endirilib.

"Hücumlar nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Çoxmərtəbəli 14 bina və 5 ev zərər görüb. Eyni zamanda, inzibati bina, mağaza, qaz kəməri və şəxsi avtomobillər də zədələnib", - məlumatda bildirilib.

Избранный
3
6
unikal.az

10Источники