Misli Premyer Liqasının XVIII turunda lider "Sabah" "Zirə"yə qalib gəlib.
Publika.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunan oyun qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.
"Bayquşlar"ın heyətində Velko Simiç (10), İvan Lepiniça (22) və Xəyal Əliyev (27) fərqləniblər.
Ev sahiblərinin qolunu isə David Volkov (83) vurub.