RU

Mobil tətbiqlər taksi xidmətlərini necə dəyişdi və müştəri dəstəyi niyə vacibdir? (FOTO/VİDEO)

Bakı. Trend:

Son illərdə mobil tətbiqlərin inkişafı taksi xidmətlərindənistifadəni əhəmiyyətli dərəcədə asanlaşdırıb. Bir vaxtlar küçədətaksi axtarmaq, qiyməti əvvəlcədən bilməmək və xidmət keyfiyyətiilə bağlı qeyri-müəyyənliklər adi hal idisə, bu gün mobilplatformalar vasitəsilə bir neçə saniyə ərzində səfəri sifarişetmək, marşrutu və qiyməti öncədən görmək mümkündür.

10–15 il əvvəl Bakı şəhərində taksi bazarında əsasən nağd ödənişüstünlük təşkil edir, xidmət keyfiyyəti və təhlükəsizlik üzrə vahidstandartlar mövcud olmur, həmçinin sərnişinlərin seçim imkanlarıməhdud olurdu. Bu gün isə rəqəmsal həllər sayəsində qiymətlərinəvvəlcədən görünməsi, sürücü və avtomobil məlumatlarınınşəffaflığı, xidmət keyfiyyətinə nəzarət və daha geniş xidmət seçimitəmin edilir ki, bu da həm sərnişinlər, həm də sürücülər üçün dahatəhlükəsiz və aydın mühit yaradır.

Bu müsahibədə Bolt-un müştəri dəstək xidmətinin əsas alətləri,tez-tez rast gəlinən problemlər və onların həlli yolları barədə,Bolt Azərbaycan Müştəri Dəstəyi üzrə mütəxəssis NərimanAbbasovun iştirakı ilə danışacağıq.

– Nəriman bəy, ümumiyyətlə müştəri dəstəyiniyə bu qədər vacibdir?

— İlk olaraq qeyd edim ki, Bolt taksi şirkəti deyil. Boltistifadəçiləri müxtəlif xidmətlərlə birləşdirən texnolojiplatformadır. Bolt tətbiqi vasitəsilə istifadəçilər taksi sifarişi,qida çatdırılması, mikromobillik (skuter), eləcə də Bolt forBusiness korporativ həllərindən yararlana bilirlər. Bu yanaşmaistifadəçilərə daha çevik və ehtiyaclarına uyğun seçimlər təqdimedir.

Bolt platformasında əsas məqsədimiz texnologiya vasitəsiləsəfərlərin böyük əksəriyyətinin problemsiz və müdaxiləsiz şəkildəbaş tutmasını təmin etməkdir. Tətbiqdə mövcud funksiyalar bir çoxməsələlərin — o cümlədən unudulmuş əşyalarla bağlı əlaqəistifadəçilər tərəfindən birbaşa həllinə imkan yaradır. Yalnızsəfər zamanı və ya sonrasında əlavə çətinlik yarandıqda, müştəridəstəyi prosesi cəlb olunur və hər bir müraciət operativ, ədalətlivə şəffaf şəkildə araşdırılır. Bu yanaşma həm xidmətinsəmərəliliyini, həm də istifadəçilərin platformaya olan etimadınıqorumağa xidmət edir.

– Bolt-un Azərbaycandakı müştəri dəstəyi hansıprinsiplər əsasında fəaliyyətgöstərir?

— Bolt-un müştəri dəstəyi sürət, obyektivlik və təhlükəsizlikprinsiplərinə əsaslanır. Hər müraciət ayrıca araşdırılır, tətbiqdəmövcud məlumatlar və sistem qeydləri əsasında qiymətləndirilir.Qərarlar həm sərnişinin, həm də sürücünün hüquqları nəzərə alınaraqverilir.

– İstifadəçilərin verdiyi rəy və sürücülərin reytinqi nəüçün vacibdir?

— Rəy və reytinqlər xidmət keyfiyyətinin qorunmasında əsasalətlərdəndir. Sərnişinlərin verdiyi qiymətləndirmələr sürücülərindavranışına və xidmət səviyyəsinə birbaşa təsir edir. Eyni zamanda,bu məlumatlar problemli halların erkən mərhələdə aşkar edilməsinəimkan yaradır.

– Niyə bu məsələlər üçün məhz Bolt tətbiqindənistifadə etmək tövsiyə olunur?

— Çünki yalnız tətbiq daxilində edilən müraciətlər konkretsəfərlə avtomatik əlaqələndirilir və Bolt komandası dərhal bütünzəruri məlumatlara — sifarişin detalları, səfəri həyata keçirənsürücü, marşrut, səfərin gedişi və tərəflər arasında baş vermişünsiyyətə çıxış əldə edir. Bu, məsələnin daha sürətli, obyektiv vədəqiq şəkildə araşdırılmasına imkan verir. Sosial şəbəkələr vədigər kanallar məlumatı əksər hallarda natamam təqdim etdiyi üçünproblemi eyni effektivliklə həll etmək mümkün olmur.

Son dövrlərdə taksi xidmətində tez-tezrast gəlinən problemlər hansılardır?

— Kart ödənişindən imtina və ya iki ünvanlı sifarişlərin qəbuledilməməsi kimi hallar mövcuddur və ciddi nəzarətdə saxlanılır. Bucür davranışlar Bolt qaydalarına ziddir. Belə hallardaistifadəçilər tətbiq üzərindən müraciət etməli və müştəri dəstəyitərəfindən müvafiq tədbirlər görülür.

Eyni zamanda, təhlükəsizliklə bağlı məsələlər Bolt üçün əsasprioritetdir. Statistikaya əsasən, hazırda Bolt platformasında hər10 000 səfərə düşən təhlükəsizliklə bağlı şikayətlərin sayı cəmi0,57 təşkil edir. Bu göstərici illik ümumi səfərlərin təxminən0,0057%-ni əhatə edir ki, bu da tətbiq olunan təhlükəsizliktədbirlərinin effektivliyini göstərir. Təhlükəli sürücülük,tətbiqdə göstərilən sürücü və ya avtomobil məlumatlarının faktikivəziyyətlə uyğun gəlməməsi, eləcə də sürücünün şübhəli davranışıciddi şəkildə araşdırılır.

Səfərdən əvvəl sürücülərin kimliyi və avtomobil məlumatlarıyoxlanılır. Əgər səfər zamanı hər hansı uyğunsuzluq müşahidəolunarsa, sərnişin bunu tətbiq üzərindən bildirə bilər. Bu cürmüraciətlər və verilən rəylər sistemdə toplanır və təkrar olunanneqativ hallar aşkar edildikdə, xidmət göstərməyə uyğun olmayansürücülərin platformaya çıxışı məhdudlaşdırılır və ya dayandırılır.Bu mexanizm potensial risklərin vaxtında qarşısını almağa vəyüzlərlə mənfi təcrübənin baş verməsinin önlənməsinə xidmətedir.

– Səfər zamanı sərnişinlərin təhlükəsizliyini təminetmək üçün Bolt tətbiqində hansı əsasalətlər və yeni funksiyalar mövcuddur?

Səfər zamanı istifadəçilər üçün bir sıra təhlükəsizlik alətlərimövcuddur. Bunlara səfərin canlı izlənilməsi vəyaxınlarla paylaşılması, Təcili Yardım düyməsidaxildir. Bu alətlərdən istifadə xüsusilə tövsiyə olunur.

Qeyd edim ki, tətbiqdə Pick-up Code (GedişinTəsdiq Kodu) adlı yeni təhlükəsizlik funksiyası da istifadəyəverilib. Bu funksiya səfərin yalnız düzgün sürücü və sərnişinarasında başladığını təsdiqləyir və yanlışlıqla başqa bir şəxsintəyin edilmiş avtomobilə əyləşməsinin qarşısını alır. Sərnişin bukodu tətbiqin “Təhlükəsizlik” bölməsindənaktivləşdirə bilər.

– Bəs sürücülərin qarşılaşa biləcəyi problemlərnələrdir və onlar nə etməlidirlər?

— Sürücülər də müxtəlif problemlərlə üzləşə bilirlər — sərnişindavranışı, ödənişlə bağlı anlaşılmazlıqlar, fırıldaqçılıq vədələdulzuq halları və s. Belə vəziyyətlərdə sürücülər də tətbiqüzərindən müştəri dəstəyinə müraciət etməlidirlər. Bolt platformasıhər iki tərəfin təhlükəsizliyini qorumaq üçün alətlər təqdimedir.

– Sonda istifadəçilərə nə tövsiyəedərdiniz?

— Bolt-dan istifadə edərkən hər hansı problem yaranarsa, bunutətbiq daxilində bildirsinlər, rəy və reytinq verməyi unutmasınlarvə təhlükəsizlik funksiyalarından aktiv istifadə etsinlər. Bu, həmöz rahatlıqları, həm də platformanın ümumi xidmət keyfiyyəti üçünvacibdir.

Mobil
Mobil
Избранный
33
1
az.trend.az

2Источники