RU

Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi

Yanvarın 31-də Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün elektron qaydada eksternat imtahanları keçirilib.

Bu barədə Publika.az-a Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Paytaxtdakı 10, 158, 229, 263 nömrəli tam orta ümumtəhsil məktəblərində və 220 nömrəli məktəb-liseydə təşkil olunan imtahanlarda ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə eksternlər hər birindən 10 sual olmaqla 11 fənn üzrə biliklərini nümayiş etdiriblər. Hər iki səviyyə üzrə rus bölməsində təhsil almış şəxslər əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) imtahan veriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri imtahan prosesini izləyiblər.

Избранный
33
45
publika.az

10Источники