RU

Rusiya hökuməti istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı ləğv edir

Rusiya hökuməti istehsal güclərinin yüklənməsinin qarşısını almaq məqsədilə neft şirkətləri üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırıb.

Aznews.az xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

"İstehsalçı olmayanlar" üçün neft məhsullarının ixracına qoyulan qadağa isə 2026-cı ilin iyul ayının sonuna qədər uzadılıb.

Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, 31 iyul 2026-cı ilədək benzin, dizel və digər yanacaq növlərinin ixracına yeni müvəqqəti qadağa tətbiq olunub. Qərar daxili yanacaq bazarında sabitliyi qorumağa yönəlib.

Eyni zamanda, avtomobil benzininin ixracına qoyulan məhdudiyyət birbaşa istehsalçılara şamil olunmayacaq.

Избранный
11
3
aznews.az

4Источники