RU

Rusiyanın nüvə bunkerinin inşaatçısı HƏBS EDİLDİ

Moskvanın Zamoskvoretski Məhkəməsi Fövqəladə Hallar Nazirliyinin Ümumrusiya Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Tədqiqat İnstitutunun rəis müavini İqor Sosunovu rüşvət ittihamı ilə həbs edib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, eyni institutun digər tədqiqat mərkəzinin rəhbəri Nikolay Posoxov da eyni ittihamlarla ev dustaqlığına buraxılıb.

Hər iki təqsirləndirilən şəxs xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Bu ittiham üzrə cəza 15 ilə qədər həbs cəzasıdır.

Fövqəladə Hallar Nazirliyinin Ümumrusiya Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Tədqiqat İnstitutu (VNIIGOChS) mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində elmi tədqiqatlar aparır.

Избранный
19
publika.az

1Источники