Bakı. Trend:
Bu gün ölkə üzrə ekstern imtahanları keçirilib. Bakı vəAbşeron-Xızı Regional Təhsil İdarəsi üzrə imtahanlar ilk dəfəolaraq elektron formada təşkil edilib.
Trend Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinə istinadən xəbər verir ki, ötən il 4 və 6-cı siniflərüzrə keçirilən monitorinqlər zamanı təxminən 10 minə yaxın şagirdelektron formada imtahana cəlb edilmişdir. Cari ildə keçiriləcəkmonitorinqlərdə elektron formada imtahana cəlb edilən şagirdlərinsayının daha da artırılması istiqamətində təhlillər aparılır.
Elektron imtahan infrastrukturunun genişləndirilməsi vəiştirakçılar üçün daha əlverişli şəraitin yaradılması istiqamətindəişlər davam etdirilir.
2026-cı ilə qədər:
imtahan mərkəzlərinin sayının 59-a (2022-ci ildə 15),
eyni anda imtahanda iştirak edənlərin sayının 12 min nəfərə(2022-ci ildə 5 min),
imtahanların təşkil olunduğu şəhərlərin sayının 26-ya (2022-ciildə 10) çatdırılması hədəflənir.
İmtahanların elektron təşkili qiymətləndirmədə şəffaflığı vəobyektivliyi artırır, insan amilindən asılılığı minimuma endirir.Prosesin rəqəmsal şəkildə izlənməsi nəzarəti gücləndirir və dahaədalətli və etibarlı imtahan mühiti yaradır. Bu istiqamətdəfəaliyyətlərimiz genişləndirilərək davam edəcək.