RU

“Epşteyn işi”: İlon Maskla yazışmalar üzə çıxdı

ABŞ-li iş adamı İlon Maskın azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunaraq həbs edilən və sonradan həbsxanada ölü tapılan milyarder Cefri Epşteynə məxsus Karib hövzəsindəki adalara səyahət planlaşdırmaq üçün onunla əlaqə saxladığı iddia edilir.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Baş prokurorunun müavini Todd Blanş Epşteynlə bağlı aparılan istintaq çərçivəsində 3 milyondan çox yeni sənədin ictimaiyyətə açıqladığını bildirdikdən sonra ABŞ mediası sənədlərin detallarını araşdırmağa başlayıb.

CNN-in yayımlanan sənədlərə istinadən verdiyi xəbərə görə, İlon Mask 13 dekabr 2013-cü ildə Epşteynə göndərdiyi e-poçtda, “Bayram günlərində Britaniya Vircin adaları / Sent-Barts bölgəsində olacağam. Ziyarət üçün uyğun vaxt varmı?”, deyib. 

Epşteyn isə iki gün sonra verdiyi cavabda yeni ilin əvvəllərinin uyğun olacağını qeyd edərək yazıb:

“1-dən 8-nə qədər istənilən gün. Vəziyyətə görə qərar verin. Sizin üçün hər zaman yer var".

Digər bir e-poçtda isə Epşteyn, “Yeni ildən sonra yanvarın 2-si və ya 3-ü mükəmməl olar. Gəlib sizi özüm götürərəm”, – ifadələrini işlədib.

Mask cavabında əvvəlcə yeni ildən sonra, yanvarın 2-si gecəsi Los-Ancelesə qayıtmalı olduğunu bildirib, lakin səfərini bir gün ertələyə biləcəyini qeyd edərək Epşteynə belə yazıb:

“2-də adanıza nə vaxt gəlməliyik?”.

CNN-in məlumatına görə, e-poçtlarda Maskın həqiqətən ziyarət edib-etmədiyi dəqiq göstərilməsə də, yazışmalar iki nəfər arasında "əvvəllər açıqlanmayan ünsiyyət səviyyəsi" olduğunu göstərir.

Mask əvvəllər cinsi istismar və fahişəlik şəbəkəsi üçün Karib dənizindəki Epşteynə məxsus adaları ziyarət etməsi ilə bağlı iddialara cavab olaraq "Epşteyn məni öz adasına aparmağa çalışdı və mən imtina etdim" demişdi.

Избранный
72
cebheinfo.az

1Источники